Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri azalıb

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri azalıb
# 04 iyul 2013 14:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəlikləri son bir ildə 676,4 mln. manat və ya 27,9% artaraq 2013-cü il iyunun 1-nə 3 099,0 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində xarici öhdəliklər cəmi 25,4 mln. manat və ya 0,8% artıb, may ayında isə hətta 9,3 mln. manat və ya 0,3% azalıb:

 

Göründüyü kimi, bu il ərzində bankların xarici öhdəliklərinin artımı kəskin azalıb və demək olar ki, sıfıra enib. Bu, ötən ilin yanvar-may aylarında da müşahidə olunub. Bələ ki, həmin dövrdə bu göstərici hətta 9,7 mln. manat və ya 0,4% azalıb. Ümumilikdə, ötən il ərzində bankların xarici öhdəlikləri 641,3 mln. manat və ya 26,3% artıb və bu artım ilin ikinci yarısında baş verib. Belə ki, iyun-dekabr ayları ərzində bu göstəricinin artımı 604,5 mln. manat və ya 24,5% təşkil edib. Bu səbəbdən 2013-cü ilin yanvar-may aylarında baş verən dinamikanı tendensiya kimi qəbul etmək hələ ki tezdir. Eyni zamanda, bankların xarici öhdəliklərinin artmaması ümumilikdə müsbət hal kimi qiymətləndirilə bilər.

 

Bununla yanaşı, bankların məcmu xarici aktivləri 2013-cü il iyunun 1-nə 2 290,8 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 143,5 mln. manat və ya 6,7% çoxdur. O cümlədən, bu ilin yanvar-may ayları ərzində bu göstərici 274,7 mln. manat və ya 13,6% artıb.

 

Nəticədə, göründüyü kimi, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında  808,2 mln. manatlıq saldo yaranıb ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR