Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 4 mlrd. 916 mln. manat və ya 3,13 dəfə azalaraq 2018-ci ilin yanvar ayının 1-nə 2 308,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda bankların xarici borclanması 192,7 mln. manat və ya 7,7% azalıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin yanvarın 1-nə 5 874 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 451,6 mln. manat və ya 71,63% azdır. Məcmu xarici aktivlərin həcmində bu ilin noyabr ayı ilə müqayisədə dekabrda 1 mlrd. 5,2 mln. manat və ya 20,65%-lik artım baş verib.