Bakı - APA-Economics. Azərbaycanda gələn ildən etibarən kommersiya bankları tərəfindən müştərilərə təklif olunan kreditlər üzrə dərəcələr 4-5 bənd aşağı salına bilər.
“APA-Economics”in analitik qrupu hesab edir ki, buna səbəb ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Mərkəzi Bankına (AMB) kreditlərin faiz dərəcəsinin aşağı salınması ilə bağlı verdiyi göstəriş səbəb olacaq.
Şübhəsiz bu göstəriş ümumilikdə kommersiya bankları tərəfindən müştərilərə təklif etdiyi kredit faizlərinin aşağı salınmasına səbəb olacaq. Təbii ki, göstəriş daha çox biznes kreditlərinə təsir edəcək. Bundan isə daha real sektor qazanacaq. Lakin biznes (korporativ) kreditlər üzrə kreditlərin aşağı salınması istehlak kreditlərini üzrə də faizlərin aşağı salınmasına səbəb olacağı qaçılmazdır.
İstehlak kreditləşməsi üzrə “APA-Economics”in tərtib etdiyi renkinqdə TOP-10-a daxil olan banklardan aldığımız məlumata görə, Azərbaycan bankları tərəfindən təklif olunan kreditlər üzrə faizlər 4-5 bənd enəcək.
İstehlak kreditləri üzrə isə 5000-7000 manata qədər müştərilərə verilən kreditlərin faizlərində enmə müşahidə olunacaq.