Bank Of Baku

Azərbaycanda manatın məzənnəsi bu il ərzində 0,2% möhkəmlənib

Azərbaycanda manatın məzənnəsi bu il ərzində 0,2% möhkəmlənib
# 10 noyabr 2012 12:12 (UTC +04:00)

 

APA-Economics”in məlumatına görə, dolların məzənnəsi 0,7865 manatdan 0,7850 manatadək enib.

Manatın möhkəmlənməsi tədricən və mülayim templərlə baş verib:

Manatın dollara qarşı möhkəmlənməsinin əsas səbəbi kimi ölkəyə iri həcmdə dolların daxil olunmasını qeyd etmək olar. Mərkəzi Bankının hesablamalarına görə, ölkənin tədiyə balansında böyük profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Belə olan halda manatın möhkəmlənməsi təbii sayılır. Lakin məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən təkcə 9 ay ərzində 978 mln. dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib. Yəni bu müdaxilə edilməsəydi, manat daha iri səviyyədə möhkəmlənərdi ki, bu da qeyri-neft sektoru üçün əlverişli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR