Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə 152111 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb.
“APA-Economics”in məlumatına görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 16 mln. manata yaxın olub.
2013-cü illə müqayisədə bu icbari sığorta müqavilələrinin sayında 36,05%, sığorta haqlarının məbləğində 23,81% artım müşahidə edilib.
Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,38%-i yaşayış evləri və mənzillər, 0,31%-i inzibati binalar, 19,31%-i digər daşınmaz əmlakla bağlı olub.
İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin ölkənin şəhər və rayonları üzrə bölgüsü aşağıdakı kimidir:
