Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə 554 sayda sərnişinlərin icbari fərdi qəza sığortası müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 155 267 manat təşkil edib.
2013-cü il ilə müqayisədə sığorta müqavilələrinin sayında 2,01 dəfə, sığorta haqlarının məbləğində 85,19% artım müşahidə edilib.
2014-cü ildə bağlanmış sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin aid olduqları nəqliyyat vasitələrinin növü və hər bir növə dair sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği aşağıdakı cədvəldə göstərildiyi kimi olub:
