Bank Of Baku

Azərbaycanda pensiya xərcləri 21% artıb

Azərbaycanda pensiya xərcləri 21% artıb
# 19 noyabr 2012 09:47 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 125,1 mln. manat  təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 23,8% çoxdur.

 

Fonddan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,6% artaraq 1 118,4 mln. manat təşkil edib.

 

İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,5%-i və ya 688,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi icbari dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 10 ayına nisbətən 19,4% artıb, proqnoz isə 110,6% icra olunub.

 

Ümumilikdə, DSMF üzrə icbari dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,5% icra edilib.

 

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işi gücləndirilib. Nəticədə, əvvəlki ilin ilk 10 ayı ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 22,1%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 40,1%  artıb.

 

Yanvar-oktyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 430,2 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1% artıb.

 

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Bu ilin yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 2 027,1 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 989,1 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,5%  çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə  nisbətən 20,9% artaraq 1 943,1 mln. manat təşkil edib.

 

Qeyd edək ki, 2012-ci ilin yanvar-oktyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 46 mln. manat  məbləğində müavinət ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR