Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 3,2 mlrd. manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0% artıb.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 99,8%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 11,9%-i hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,0%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 36,9%-i əmtəə bazarlarında satılıb.
Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarının səviyyəsini 9,1% üstələyərək 3 188,5 mln. manat olub.
Pərakəndə əmtəə dövriyyəsi üzrə real artımın 7,2%-i hüquqi şəxslərin, 78,0%-i hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində, 14,8%-i isə əmtəə bazarlarında yaranıb.