Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 9% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 9% artıb
# 21 aprel 2014 10:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 5,1 mlrd. manat olaraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 99,9%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 11,6%-i hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,6%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 36,7%-i əmtəə bazarlarında satılıb. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin birinci rübünün səviyyəsini 9,4% üstələyərək 5 076,5 mln. manat olub.

 

Pərakəndə əmtəə dövriyyəsində real artımın 8,5%-i hüquqi şəxslərin, 82,4%-i hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində, 9,1%-i isə əmtəə bazarlarında yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR