Bank Of Baku

Azərbaycanda pərakəndə ticarətin mal ehtiyatları indeksi artıb

Azərbaycanda pərakəndə ticarətin mal ehtiyatları indeksi artıb
# 28 noyabr 2012 08:15 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərinin mal ehtiyatları indeksi 2012-ci ilin oktyabr ayı üzrə 99,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici sentyabr ayına nisbətən 19,6 faiz bəndi azalıb.

 

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarındakı mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

 

Qeyd edək ki, indeksin azalması mal qalıqlarının artım tempinin azalmasını əks etdirir. Eyni zamanda, həmin indeksin 100%-dən aşağı olması mal qalıqlarının aylıq müqayisədə azaldığını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2012-ci ilin noyabrın 1-nə 216,7 mln. manat, oktyabrın 1-nə isə 217,9 mln. manat təşkil edib.

 

Pərakəndə ticarət şəbəkələrində mal qalıqlarının azalması ticarət obyektlərində mal satışının güclənməsi ilə bağlı olub. Belə ki, oktyabrda sentyabr ayı ilə müqayisədə pərakəndə ticarətdə 1 470,9 mln. manatdan 1 554,0 mln. manata qədər artım baş verib ki, bu da ticarət obyektlərində qalıqların azalması ilə nəticələnib. Lakin, göründüyü kimi, ticarətin artımı ilə qalıqların azalması həcmi müqayisə olunan deyil. Pərakəndə ticarətin həcmi aylıq müqayisədə 83,1 mln. manat artığı halda, ehtiyatların azalması cəmi 1,2 mln. manata bərabər olub. Digər tərəfdən bu, oktyabrda pərakəndə ticarət obyektlərinin mal təchizatının gücləndiyini göstərir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR