Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2013-cü ilin iyulun 1-nə 10 265,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin iyulun 1-nə nisbətən bu göstərici 1 610,8 mln. manat və ya 18,6% artıb.
Eyni zamanda iyun ayında pul bazası 151,9 mln. manat və ya 1,5% artıb.
Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya bankları qarşısında və digər öhdəliklərini icra edir.