Bakı - APA-Economics. Cari ilin sentyabr ayında Azərbaycanda pul bazasının azalması davam edir.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 601,9 mln. manat azalıb. Başqa sözlə, sentyabrda ölkədə pul bazası 8,12% azalaraq 6 mlrd. 810,3 mln. manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 240,1 mln. manat və ya 3,4%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 91,5 mln. manat və ya 1,3% azalma deməkdir.