Bakı - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin dekabrın 1-nə 21 689,8 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 400,6 mln. manat və ya 18,6% çoxdur.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda bu ilin noyabrında geniş mənada pul kütləsi 317,7 mln. manat və ya 1,5% artıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 311 mln. manat və ya 15,2% artaraq dekabrın 1-nə 17 525,2 mln. manata, noyabrda isə 155,2 mln. manat və ya 0,9% artıb.