Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2017-ci il mayın 1-nə 21 mlrd. 81,8 mln. manat, təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 516,1 mln. manat və ya 2,51% çoxdur.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda mart ayı ilə müqayisədə 2017-ci ilin aprel ayında geniş mənada pul kütləsi 1 178,9 mln. manat və ya 6% artıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 404,3 mln. manat və ya 26,12% artaraq 2017-ci il mayın 1-nə 11 610,1 mln. təşkil edib.