Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü il fevralın 1-nə 19 110,2 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 108,0 mln. manat və ya 19,4% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bu ilin yanvarında geniş mənada pul kütləsi 249,6 mln. manat və ya 1,3% azalıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 754,9 mln. manat və ya 20,7% artaraq fevralın 1-nə 15 982,9 mln. manata çatıb, lakin yanvar ayında 451,9 mln. manat və ya 2,8% azalıb:
(mln.
|
|
01.02.2013 |
01.01.2014 |
01.02.2014 |
|
M0 (nağd pullar) |
8 817,6 |
10 458,7 |
9 911,7 |
|
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
10 548,4 |
12 736,9 |
12 277,3 |
|
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
13 288,0 |
16 434,8 |
15 982,9 |
|
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
16 002,2 |
19 359,8 |
19 110,2 |
Azərbaycanda pul kütləsində nağdlaşma səviyyəsi bu ilin fevralın 1-nə 62,0%-ə bərabər olub ki, bu da illik müqayisədə 4,4 faiz bəndi azdır. Qeyd edək ki, nağdlaşma səviyyəsinin azalması makroiqtisadi baxımdan müsbət göstəricidir, çünki həm nağd, həm ümumi manat pul kütləsinin artımı fonunda nağdsız hesablaşmaların inkişafını əks etdirir.