Bank Of Baku

Azərbaycanda pul kütləsi azalıb

Azərbaycanda pul kütləsi azalıb
# 11 iyun 2015 12:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2015-ci ilin may ayının 1-nə 18 982,88 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 809,68 mln. manat və ya 4,1% azdır.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, mart ayı ilə müqayisədə apreldə geniş mənada pul kütləsi 524,52 mln. manat və ya 2,69% azalıb.

 

Ümumiyyətlə, 2014-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında geniş mənada pul kütləsi 997,86 mln. manat və ya 4,63%, yanvar ayı ilə müqayisədə fevralda bu göstərici 453,33 mln manat və ya 2,2%, fevral ayı ilə müqayisədə isə martda 607,77 mln. manat və ya 3,02% azalıb.

 

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 5 485,7 mln. manat və ya 33,27% azalaraq mayın 1-nə 11 004 mln. manat olub, apreldə isə 1 489,1 mln. manat və ya 11,92% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR