Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin aprelin 1-nə 19 377 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 513,3 mln. manat və ya 14,9% çoxdur. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda bu ilin martında geniş mənada pul kütləsi 103,4 mln. manat və ya 0,5% çoxalıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 327,4 mln. manat və ya 16,9% artaraq aprelin 1-nə 16 132,3 mln. manata çatıb, o cümlədən mart ayında 7,6 mln. manat və ya 0,05% artıb.
Azərbaycanda pul kütləsində nağdlaşma səviyyəsi bu ilin aprelin 1-nə 65,1%-ə bərabər olub.