Bank Of Baku

Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 19 dekabr 2013 10:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin noyabr ayı üzrə 90,4% təşkil edib. «APA-Economics» tərəfindən Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablanan bu göstərici oktyabr ayının indeksindən 15,9 faiz bəndi azdır.

 

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin noyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 593,5 mln. manat, oktyabrda isə 1 763,6 mln. manat təşkil edib.

 

Göründüyü kimi, indeks azalandan sonra 100%-dən aşağı düşüb. İndeksin 100%-dən aşağı olması noyabrda pərakəndə ticarətin həcminin oktyabra nisbətən azaldığını göstərir.

 

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində pərakəndə ticarətin həcmi 17,225 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 9,7% çoxdur. Eyni zamanda, 2012-ci il ərzində orta aylıq pərakəndə ticarət dövriyyəsi 1,463 mlrd. manata bərabər olduğu halda, 2013-cü ilin 11 ayı üzrə bu göstərici 1,566 mln. manat təşkil edib. Beləliklə, həmin göstərici üzrə 7%-lik artım müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR