Bank Of Baku

Azərbaycanda sığorta şirkətlərindən birində kadr dəyişiklikləri olub

Azərbaycanda sığorta şirkətlərindən birində kadr dəyişiklikləri olub
# 12 avqust 2015 15:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Günay Sığorta” şirkətinin rəhbərliyində dəyişiklik baş verib.

 

Şirkətdən “APA-Economics”ə daxil olan məlumata görə, “Günay Sığorta”nın İdarə Heyətinin sədri İlham Atxan oğlu Əmiraslanov vəzifəsi ilə vidalaşıb. Hələlik bu vəzifəyə təyinat aparılmayıb. Buna görə də, İdarə Heyəti sədrinin müavini olan Vüqar Oqtay oğlu Rəcəbov bu vəzifəni müvəqqəti icra edir.

 

“Günay Sığorta”da kadr dəyişikliyi bununla yekunlaşmayıb. Təftiş komissiyasının sədri Teyyub Musayev də işdən çıxıb. Onu bu vəzifədə Esmira Mehdiyeva əvəzləyib. Qeyd edək ki, E.Mehdiyeva buna qədər təftiş komissiyasının üzvü olub.

 

Bundan başqa, Firuddin Ömərov təftiş komissiyasının üzvü seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR