Bank Of Baku

Azərbaycanda taksi xidməti göstərən beynəlxalq şirkətin mənfəəti 4,5 mlrd. dollara çatıb

Azərbaycanda taksi xidməti göstərən beynəlxalq şirkətin mənfəəti 4,5 mlrd. dollara çatıb
# 14 fevral 2018 12:53 (UTC +04:00)

ABŞ-ın beynəlxalq taksi xidməti göstərən "Uber Technologies İnc." şirkəti 2017-ci ilin sonuncu rübünü 1,1 mlrd. ABŞ dolları məbləğində xalis mənfəətlə başa vurub.

 

"APA-Economics" The Wall Street Journal"a istinadən xəbər verir ki, ötən ilin oktyabr-dekabr aylarında şirkətin daxilolmaları 12% artaraq 2,26 mlrd. dollar təşkil edib.

 

Ötən ilin III rübü ilə müqayisədə sonuncu rübdə qida və yüklərin çatdırılması xidməti də daxil olmaqla "Uber"ə ümumi sifarişlər 14% artaraq 11,06 mlrd. dollara çatıb. Bu, 2016-cı ilin göstəricisindən 60% çoxdur.

 

Ümumilikdə "Uber"in ötən il xalis mənfəəti 4,46 mlrd. dollar, xarici 7,36 mlrd. dollar olub.

 

Qeyd edək ki, "Uber" Azərbaycan da daxil olmaqla dünyanın 77 ölkəsində 600 şəhərdə taksi xidməti göstərir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR