Bank Of Baku

Azərbaycanda təsərrüfatlarını sığortalamayan fermerlər güzəştli kredit və ya subsidiyalardan məhrum edilə bilər

Azərbaycanda təsərrüfatlarını sığortalamayan fermerlər güzəştli kredit və ya subsidiyalardan məhrum edilə bilər
# 16 oktyabr 2014 10:26 (UTC +04:00)

Bakı. APA-Economics – Musa Əhmədov. Azərbaycanda təsərrüfatlarını sığortalamayan fermerlər güzəştli kredit və ya subsidiya ala bilməyəcək.

 

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

 

Onu sözlərinə görə, kənd təsərrüfatının sığortası barədə hazırlanmış yeni qanun layihəsində güzəştli kredit və ya subsidiya almaq istəyən fermerlərin təsərrüfatlarını sığortalaması şərt kimi irəli sürülüb: “Kənd təsərrüfatı sığortası icbari olmayacaq. Amma bununla bağlı fermerlərin qarşısında bəzi şərtlər qoyulacaq. Təsərrüfatların sığortalanması şərtlərdən biri olacaq ki, sığorta hadisəsi olanda fermerlərə vəsait ayıran, subsidiya verən təşkilatlar zərər dəyməsin. Yəni, bu həm fermerin, həm də ona yardım edən təşkilatın sığortasıdır”.

 

Qanun layihəsində kənd təsərrüfatının sığortalanması ilə bağlı Türkiyə təcrübəsi - TARSİM modeli əsas götürülüb. “Türkiyə modelində sığorta şirkətləri topladıqları sığorta haqlarını xüsusi fonda təhvil verirlər. Sığorta şirkətləri bu haqlardan yalnız faiz götürürlər və sığorta şirkəti baş vermiş hadisəyə görə heç bir öhdəlik daşımır. Sığortalanan ərazidə sığorta hadisəsi baş verdikdə kompensasiya sığorta daxılından ayrılır”, - deyə ASA rəhbəri vurğulayıb.

 

Qeyd edək ki, kənd təsərrüfatının sığortası barədə yeni qanun layihəsi hazırdır və sənəd baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edilib. Hazırda qanun layihəsi hökumətdə müzakirə olunur. Bu proses başa çatdıqdan sonra qanun layihəsi ilə bağlı sığorta şirkətlərinin rəyinin öyrənilməsi üçün sənəd onlara da təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR