Bank Of Baku

Azərbaycanda törəməsi olan Rusiya bankı ötən ili 3,7 mlrd. manatlıq mənfəətlə başa vurub

Azərbaycanda törəməsi olan Rusiya bankı ötən ili 3,7 mlrd. manatlıq mənfəətlə başa vurub
# 26 fevral 2018 11:33 (UTC +04:00)

“Bank VTB” ötən il üzrə konsolidə olunmuş maliyyə hesabatını açıqlayıb.

 

APA-Economics” xəbər verir ki, ötən il bankın aktivlərinin həcmi 3,34% artaraq 13 trln. 9,3 mlrd. rubl təşkil edib.

 

Kredit portfeli 3% artaraq 9 trln. 772,8 mlrd. rubl olub.

 

Hesabat dövründə xalis faiz gəlirləri 10,9% artaraq 460,2 mlrd. rubla, xalis komission gəlirlər isə 16,5% artaraq 95,3 mlrd. rubla yüksəlib.

 

Bank ötən ili 120,1 mlrd. rubl (3,651 mlrd. manat) xalis mənfəətlə başa vurub.

 

Bankın İdarə Heyətinin sədri Andrey Kostin bildirib ki, “Bank VTB” qarşıya qoyulan əsas məqsədləri yerinə yetirərək üç illik strategiya planının müvəffəqiyyətlə icrasına nail olub. “Bank olaraq inkişaf edən bazarda müxtəlif bank xidmətlərini təkmilləşdirmişik, maliyyələşmə strukturunu möhkəmləndirmişik və komission gəlirlərin artımına nail olmuşuq. Rusiyada iqtisadiyyatın bərpası fonunda kredit portfelimizin də həcmi böyüyüb,” – deyə A. Kostin qeyd edib.

 

Qeyd edək ki, bu günə olan rəsmi məzənnəyə əsasən 1 rus rublu 0,0304 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR