Türkiyənin "YapıKredi Bankası"nın aktivləri ötən il 320,1 mlrd. lirə təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 18% artım deməkdir.
“APA-Economics” bankın saytına istinadən xəbər verir ki, kredit portfelinin həcmi hesabat dövründə 13% artaraq 200 mlrd. lirəyə yüksəlib.
Bankda əmanətlərin həcmi isə illik müqayisədə 10% artaraq 173 mlrd. lirəyə bərabər olub.
"YapıKredi Bankası" ötən ili 3,614 mln. lirə mənfəətlə baş vurub.
Qeyd edək ki, fevralın 19-na olan məzənnəyə əsasən 1 türk lirəsi 0,4636 manatdır.