Fransanın sığorta şirkəti "AXA Group" ötən il xalis mənfəəti 7% artıb.
“APA-Economics” şirkətə istinadən xəbər verir ki, daha gəlirli sahələrə diqqətin artırılması xalis mənfəətin artmasına səbəb olub.
AXA-nın 2016-cı ildə xalis mənfəəti 5,83 mlrd. avro olubsa, ötən il bu rəqəm 6,2 mlrd. avroya yüksəlib.
Qrupun baş maliyyə direktoru Jerald Harlin xalis mənfəətin artmasını daha böyük seqmentlərə istiqamətlənmiş strategiya ilə izah edib. Onun sözlərinə görə, ötən il sağlamlığın qorunması, pensiya, əmlakın və bədbəxt hadisələrdən sığorta üzrə dövriyyə 6% artıb: "Bunların hesabına gəlirlər ilk dəfə olaraq 6 mlrd. avrodan çox olub".
Sığorta şirkəti 2020-ci il üçün strateji planını da açıqlayıb. “Şirkətimiz səhm üzrə əməliyyat gəlirinin orta illik artımının 3%-dən 7%-ə yüksəlməsi üçün çalışır. Bundan əlavə, 2016-2020-ci illər üçün kapital gəlirliliyinin 12%-dən 14%-ə yüksəlməsi əsas məqsədlərdəndir.
Qeyd edək ki, Fransanın AXA sığorta qrupu fevralın 21-də Azərbaycandakı törəməsini satdığını bəyan edib. Azərbaycan sığorta bazarında bir neçə sığorta şirkətinin yaradılmasında və idarə edilməsində iştirak etmiş iş adamı Elxan Qəribli Fransanın AXA Sığorta Qrupunun Azərbaycandakı törəməsi “AXA Mbask” sığorta şirkətinin 100% səhmlərini əldə edəcək.