Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi azalıb

Azərbaycanda xidmətlər indeksi azalıb
# 23 noyabr 2012 09:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2012-ci ilin oktyabr ayı üzrə 103,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici sentyabr ayı ilə müqayisədə 2,3 faiz bəndi azalıb.

 

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Göründüyü kimi, indeksin azalmasına baxmayaraq, o hələ də 100%-dən yuxarı səviyyədədir. İndeksin 100%-dən artıq olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir. İndeksin düşməsi isə hesabat ayında həcmin artım tempinin əvvəlki ayın eyni göstəricisinə nisbətən azalmasını göstərir.

 

Belə ki, oktyabr ayında əhaliyə 548,1 mln. manat həcmində pullu xidmətlər göstərilib, sentyabr ayında isə bu həcm 529,4 mln. manata enib. Müqayisə üçün bildirək ki, avqust ayında bu göstərici 500,6 mln. manata bərabər olub. Ümumilikdə, yanvar-oktyabr aylarında 4 568,9 mln. manat dəyərində xidmətlər göstərilib, bu da illik müqayisədə 7,7% çoxdur. Qeyd edək ki, əhaliyə göstərilən pullu xidmətlər ÜDM-də 9,7%-lik paya malikdir.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR