Bank Of Baku

Azərbaycanda yeni ipoteka proqramının hazırlanması başa çatır

Azərbaycanda yeni ipoteka proqramının hazırlanması başa çatır
# 10 aprel 2013 11:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda yeni ipoteka proqramının hazırlanması başa çatmaq üzrədir. “APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

 

Onun sözlərinə görə, proqram tam hazır olandan sonra müvafiq qurumlara təqdim ediləcək: “Yeni proqramın qəbul edilməsinin əsas məqsədi ölkədə dövlət ipotekasını inkişaf etdirmək, sadələşdirmək və təkmilləşdirməkdir”.

 

E.Rüstəmovun fikrincə, ipotekanın maksimum müddətinin artırılması da pis olmazdı: “Ümumilikdə isə ipoteka kreditləşməsinin mahiyyəti müvafiq qanunla tənzimlənir və onun dəyişməsinə zərurət görmürəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR