Bakı. Pərviz Nuriyev - APA-Economics. Maliyyə Nazirliyinin Kollegiyası "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları"nı təsdiq edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, təsdiq edilən qaydalara əsasən avtomobilin əzildiyi halda onun harada təmir ediləcəyi sığorta müqaviləsi bağlananda müəyyən ediləcək.
Qaydalara əsasən, avtonəqliyyat vasitələrinin və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən ediləcək.
Qeyd edək ki, indiyə qədər Azərbaycanda təmir emalatxanasının seçilməsi ilə bağlı sığorta şirkətləri və avtomobil sahibləri arasında ciddi mübahisələr yaşanırdı.