Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda 5 bank hələ də zərərlə işləyir.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin dekabrın 1-nə ölkədə mənfəətlə işləyən bankların sayı 39 təşkil edib.
Əvvəlki aydan fərqli olaraq noyabrda zərərlə işləyən bankların sayında azalma olub. belə ki, oktyabrda 6 bank zərərlə işləyirdisə, noyabrda zərərlə işləyən bankların sayı 5-ə düşüb.
Beləliklə, noyabr ayını ölkədə fəaliyyət göstərən 44 bankdan 39-u mənfəət, 5-i isə zərərlə başa vurub. 39 bankın əldə etdiyi cəmi mənfəət 439,44 mln. manat təşkil etdiyi halda, 5 bankın məcmu zərəri 28,55 mln. manat olub. Beləliklə, bank sisteminin cəmi mənfəəti 410,89 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisə də 22,96% və ya 76,73 mln. manat çoxdur.