Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları praktiki olaraq kreditləşməni dayandırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın yanvar-may ayları üzrə statistik bülleteninə nəzər salanda məlum olur.
Bülletendə BOKT-ların aprel və may ayları üzrə verdiyi kreditlərin həcminə nəzər salanda məlum olur ki, hər iki ay üzrə bu göstərici 590,6 mln. manat kimi təqdim olunub. Başqa sözlə, may ayında BOKT-lar tərəfindən kredit verilməyib.
Mart ayında BOKT-lar tərəfindən 559,5 mln. manat verilib.