Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 157-yə çatıb.
“APA-Economics”in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Məlumata əsasən, hesabat dövründə BOKT-ların filiallarının sayı 224-ə yüksəlib.
BOKT-lar üzrə aktivlər 20%, kreditlərin həcmi isə 19,5% artıb.