Bank Of Baku

Azərbaycanın 17 sığorta şirkətində geriləmə davam edir

Azərbaycanın 17 sığorta şirkətində geriləmə davam edir
# 22 yanvar 2015 13:23 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. 2014-cü ildə toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, şirkət il ərzində  50,7 mln. manat sığorta haqqı toplayıb.

 

Sonrakı yeri tutan “Paşa Həyat Sığorta”nın yığımları 41,9 mln. manat, “Azərsığorta” DSKŞ-nin yığımları 41,6 mln. manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Atəşgah Həyat Sığorta” şirkətinin yığımları (37,9  mln. manat), “AzSığorta” (36,7 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın təxminən 48,7%-i (təxminən 209 mln. manat) ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

 

Ən az sığorta haqqı toplayanlar isə “Azərqarant” (505 min manat), “Era-Trans” (432 min manat), “Günay Sığorta” (205 min manat), “Çartis Azərbaycan” (152 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,3 mln. manat olub və ümumi sığorta yığımlarının təxminən 0,3%-ni təşkil edib.

 

Ümumilikdə 28 sığorta şirkətinin 15-də sığorta haqlarının həcmi 10 mln. manatdan artıq, 3 şirkətdə 5-10 mln. manat arasında, 5 şirkətdə 1-5 mln. manat arasında, 5 sığorta şirkətində isə 1 mln. manatdan aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR