Bank Of Baku

Azərbaycanın adambaşına xarici borcu 700 dolları ötür

Azərbaycanın adambaşına xarici borcu 700 dolları ötür
# 22 may 2017 13:14 (UTC +04:00)

1 yanvar 2017-ci il tarixinə Azərbaycanın adambaşına xarici borcu 704,7 dollar təşkil edir ki, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 0,8% azdır. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

 

Sənəddə deyilir ki, 1 yanvar 2017-ci il tarixinə Azərbaycanda əhalinin sayı 1 yanvar 2016-cı ildə 9 mln. 705,6 min nəfərə qarşı 9 mln. 810 min nəfər təşkil edir. Ötən il əhalinin artımı 1,1% olub. 2017-ci ilin əvvəlinə imzalanan kredit sazişləri üzrə Azərbaycanın xarici borcu 10 mırd. 931,8 mln. dollar və ya ÜDM-in 32,3%-ni, faktiki mənimsənilən məbləğ 6 mlrd. 913,2 mln. dollar və ya ÜDM-in 20,4%-ni təşkil edir.

2016-cı ilin yekunları üzrə Azərbaycanın adambaşına xarici borcu 2015-ci ilin sonuna olan 710,3 dollara qarşı 704,7 dollar olub.

Ötən il Azərbaycan 1 mlrd. 203,6 mln. dollar məbləğində kredit vəsaitini sərf edib (2015-ci ilin göstəricisi ilə müqayisədə artım 46,1%), xarici borcun ödənişlərinə 719,2 mln. dollar yönəldilib (artım 41,9%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR