«APA-Economics»in məlumatına görə, konfransda çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov ilk növbədə Azərbaycanın maliyyə bazarı və makroiqtisadi vəziyyətin 1990-cı illərin əvvəlində acınacaqlı olduğunu xatırladıb və bildirib ki, həmin dövr ərzində ölkə başçısının rəhbərliyi altında bir sıra vacib və mühüm addımlar atılıb ki, nəticədə bank sisteminin yaradılması, inflyasiyanın aşağı salması, neft strategiyasının reallaşmasına başlanması və s. tədbirlər mümkün olub.
E.Rüstəmovun sözlərinə görə, görülən işlər nəticəsində 1990-cı illərin ortalarında və sonlarında artıq makroiqtisadi sabitliyə nail olunub, maliyyə-bank infrastrukturu yaradılıb, manatın sabitliyi təmin edib. E.Rüstəmov bəyan edib ki, hazırda bank sistemində sabitlik və inkişaf müşahidə olunur, bank sisteminin məcmu aktivləri qeyri-neft ÜDM-in 60%-dən çoxdur ki, bu da bank sektorunun iqtisadiyyatda dərinliyinin artmasından xəbər verir. Hazırda bankların kapitalının adekvatlığı 17% təşkil edir.
AMB sədrinin qeyd edib ki, yaxın illər ərzində bankların aktivlərinin ÜDM-in 100%-nə çatdırılması, son nəticədə faiz dərəcələrinin aşağı düşməsinə səbəb olacaq bankların resurs bazasının mənbələrinin şaxələndirilməsi, bank sektorun infrastrukturunun daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin, əsas və prioritet məsələlərdən biri ipoteka kreditləşməsinin genişləndirilməsidir və bu sahədə ipoteka kreditlərinə çıxış prosesinin sadələşdirilməsi, sosial ipotekanın genişləndirilməsi və ümumilikdə, bu kreditləşmənin artırılması planlaşdırılır.