Bank Of Baku

Azərbaycanın cari transfertləri üzrə mənfi saldo yaranıb

Azərbaycanın cari transfertləri üzrə mənfi saldo yaranıb
# 02 aprel 2013 13:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2012-ci il ərzində 3 956,3 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 1 953,13 mln. dollarını və ya 49,4%-ni ölkəyə daxilolmalar, 2 003,13 mln. dollarını və ya 50,6%-i isə ölkədən transferlər təşkil edib.

 

Beləliklə, cari transfert əməliyyatlarında 50,0 mln. dollar həcmində mənfi saldo yaranıb, halbuki 2011-ci ilin yekunlarına görə 673,3 mln. dollar həcmində müsbət saldo müşahidə olunub. Qeyd edək ki, ölkəyə transfertlərin həcmi 3,8%, ölkədən transfertlər isə 65,7% artıb.

 

Cari transfertlər üzrə ümumi daxilolmaların 94,8%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 1,7%-ni ölkəyə gətirilən humanitar mallar, 3,5%-ni isə digər daxilolmalar təşkil edib.

 

Cari transfertlər üzrə mənfi saldonun yaranması Azərbaycanın xarici vətəndaşlar üçün qazanc baxımından əlverişli ölkəyə çevrilməsini göstərir ki, burada qazanılan pullar xaricə göndərilir. Əvvəllər tam fərqli vəziyyət müşahidə olunub ki, Azərbaycan vətəndaşları daha çox xaricdən ölkəyə pul göndərib. Həmçinin, mənfi saldonun ölkəyə transfertlərin sabitliyi fonunda yaranması da diqqət çəkən əsas məqamlardan biridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR