Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 133 mln. 556,38 min manat təşkil edib.
DGK-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur. Ötən avqust ayı ilə müqayisədə isə büdcə daxilolmaları 0,2% artıb.
Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 41 mln. 136,95 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 85 mln. 728,24 min. manat, aksizlər üzrə 5 mln. 114,39 min manat manat, yol vergisi üzrə isə 1 mln. 576,81 min manat təşkil edib.