Bank Of Baku

Azərbaycanın ən iri bankı elektron arayış əsasında kreditlərin verilməsinə başlayır

Azərbaycanın ən iri bankı elektron arayış əsasında kreditlərin verilməsinə başlayır
# 21 yanvar 2015 14:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı kredit əməliyyatlarının aparılması və digər bank işlərini sadələşdirilməsi məqsədilə elektron arayışların tətbiqinə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama (MHM) Mərkəzi və Azərbaycan Beynəlxalq Bankının birgə fəaliyyəti nəticəsində vətəndaşlar www.e-gov.az portalı üzərindən elektron arayışları formalaşdıraraq banka göndərə biləcəklər.

 

MHM-dən “APA-Economics”ə daxil olan məlumata görə, bununla bərabər bankın müştəriləri bankda quraşdırılmış xüsusi terminallar vasitəsilə də özləri portala giriş edərək, elektron arayış əldə edə biləcəklər. Hal-hazırda bu xidmət bankın “Mərkəzi”, “Səbail”, “Premyer” və “Yasamal” filiallarında istifadəyə verilib. Qeyd edək ki, elektron arayışların verilməsində bu tip terminallardan istifadə ilk olaraq Azərbaycan Beynəlxalq Bank tərəfindən tətbiq edilib.

 

Elektron arayış vətəndaş tərəfindən "Elektron hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir.

 

Elektron arayışın üstünlükləri elektron arayışı sutkanın istənilən vaxtı əldə etmək, vaxta qənaət, operativlik, arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyacın qalmaması, məlumatların dəqiqliyi, arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşmaqdan ibarətdir.

 

Hazırda portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif sahələr üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR