Bank Of Baku

Azərbaycanın ən iri həyat sığortaçısı könüllü həyat sığortası üzrə 25 min manat həcmində ödəniş edib

Azərbaycanın ən iri həyat sığortaçısı könüllü həyat sığortası üzrə 25 min manat həcmində ödəniş edib
# 24 dekabr 2014 14:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti könüllü həyat sığortası üzrə növbəti sığorta ödənişini həyata keçirib.

 

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Həyatın müddətli sığortası” növü üzrə “PAŞA Həyat Sığorta”da sığortalanmış şəxs xəstəlik nəticəsində (infeksion olmayan) vəfat edib.

 

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış qrup halında könüllü həyat sığortası müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, 25 min manat həcmində birdəfəlik sığorta ödənişi (sığorta məbləğinin 100%-i) vəfat etmiş şəxsin ailəsinə ödənilib.

 

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən cari ilin yanvar ayından indiyədək  ümumilikdə 2,831 mln. manat həcmində sığorta ödənişləri həyata keçirilib ki, bunun da 37%-i, yəni 1,048 mln. manatı könüllü həyat sığortası növlərinin payına düşüb.       

 

Qeyd edək ki, “PAŞA Holding” şirkətlər qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR