Bank Of Baku

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 5% azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 5% azalıb
# 19 mart 2014 14:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ili üzrə tədiyyə balansında gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 6 179,2 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 5 149,9 mln. dolları və ya 83,3%-i Azərbaycandan ödənişlər, 1 029,3 mln. dolları və ya 16,7%-i ölkəyə gəlirlərlə bağlı olan daxilolmalar təşkil edib.

 

Beləliklə, 2013-cü ildə gəlirlər üzrə tədiyyə balansında 4 120,6 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 4,8% azdır. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan olan ödənişlər Azərbaycana daxil olan ödənişləri 5 dəfə üstələyir.

 

Azərbaycandan həyata keçirilən ödənişlərin əsas hissəsini (4,4 mlrd. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (222,9 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (419,3 mln. dollar) təşkil edir.

 

Gəlirlər üzrə mənfi saldonun strukturunda 4 126,5 mln. dolları neft-qaz sektorun payına düşüb, digər sahələr üzrə isə 5,9 mln. manat həcmində müsbət saldo müşahidə olunub. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 24,3 dəfə üstələyir (ödənişlər 4 303,5 mln. dollar, daxilolmalar 176,9 mln. dollara bərabərdir). Digər sahələr üzrə daxilolmalar ödənişləri 0,7% üstələyir (ödənişlər 846,4 mln. manat, daxilolmalar 852,4 mln. manata bərabərdir).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR