Bank Of Baku

Azərbaycanın sığorta bazarı 10%-dən çox artıb

Azərbaycanın sığorta bazarı 10%-dən çox artıb
# 16 sentyabr 2015 06:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 312,84 mln. manat sığorta haqqı toplanıb.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən xəbərə görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 10,4% çoxdur.

 

8 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 116,16 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.

 

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-aprel aylarında 36,6 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR