Bank Of Baku

Azərbaycanın sığorta bazarı 6,5% artıb

Azərbaycanın sığorta bazarı 6,5% artıb
# 19 noyabr 2015 08:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 378,9 mln. manat sığorta haqqı toplanıb.

 

APA-Economics”in xəbərinə görə, bunu bu gün keçirilən ənənəvi brifinqdə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

 

ASA rəhbəri bildirib ki, qeyd olunan göstərici 2014-cü ilin analoji dövrü ilə müqayisədə 6,5% çoxdur.

 

“10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 140 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur”, - deyə O. Bayramov bildirib.

 

Onun sözlərinə görə, hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib: “Bu rəqəm 2014-cü ilin yanvar-oktyabr aylarında 36,9 manat olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR