Bakı. APA-Economics - Musa Əhmədov. 2014-cü ildə Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 429,2 mln. manat sığorta haqqı toplanıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.
Onun sözlərinə görə, bu, ötən il ilə müqayisədə 23,5 mln. manat və ya 5,8% çoxdur.
2014-cü ilin ilk 12 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 157,1 mln. manat təşkil edib. Bu da 2013-cü ilə nisbətən 34,3 mln. manat və ya 28 % çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş həyata keçirilib. Bu göstərici 2013-cü ildə 30,3 manat olub.