Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 339,3 mln. manat sığorta haqqı toplanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 8% çoxdur.
9 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 127,4 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37,6 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-sentyabr aylarında 37,1 manat olub.