Bank Of Baku

Azərbaycanın xalis maliyyə aktivləri 11,8 mlrd. dollara çatıb

Azərbaycanın xalis maliyyə aktivləri 11,8 mlrd. dollara çatıb
# 19 mart 2014 14:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ili üzrə tədiyyə balansına əsasən, ölkənin xalis maliyyə aktivləri 11,759  mlrd. dollar təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu göstərici xaricə yönəldilmiş birbaşa  investisiyalar (1 477,9 mln. dollar), portfel investisiyaları (322,8 mln. dollar) və digər  investisiyalar (9 958,6 mln. dollar) hesabına formalaşıb:

 

(mln. dollar)

 

Aktivlər

Öhdəliklər

Birbaşa investisiyalar

1 477,9

2 617,1

- neft-qaz sektoru

1 039,0

1 629,8

- digər sektorlar

438,9

987,3

Portfel investisiyaları

322,8

1 041,3

Digər investisiyalar

9 958,6

1 609,7

- ticarət kreditləri və avanslar

4 832,3

180,0

- kreditlər və ssudalar

256,0

408,9

- depozitlər və nağd valyuta

4 870,3

1 020,8

Neft bonusu

0,0

2,4

CƏMİ

11 759,3

5 270,5

 

Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 6,3 mlrd. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,4% təşkil edir. Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələrinin, əsasən «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» layihələri üzrə görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 1 107,7 mln. dollar olub. Bu da ölkəyə  cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcminin 17,6%-ni təşkil edib.

 

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 256,0 mln. dollar, xalis maliyyə öhdəlikləri isə 408,9 mln. dollar artıb. Xalis maliyyə öhdəlikləri birbaşa dövlət və dövlət təminatlı kreditlər hesabına 409,7 mln. dollar, banklar hesabına 362,8 mln. dollar artdığı halda, digər müəssisələr və firmalar hesabına 363,5 mln. dollar azalıb.

 

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 4,9 mlrd. dollar, xalis maliyyə öhdəlikləri isə 1 020,8 mln. dollar artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR