«APA-Economics»in xəbər verdiyi kimi, xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi 5 291,2 mln. dollara, xaricə yönəldilən investisiyalar isə 4 480,8 mln. dollara bərabər olub.
Eyni zamanda, neft-qaz sektoru üzrə birbaşa investisiyalarda da müsbət saldo yaranıb. Belə ki, 2012-ci il ərzində Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 4 290,1 mln. dollar, Azərbaycanın xarici ölkələrin neft-qaz sektoruna yönəltdiyi birbaşa investisiyaların həcmi isə 4 090,3 mlrd. dollar təşkil edib. Nəticədə, 199,8 mln. dollar miqdarında müsbət saldo yaranıb.
Qeyd edək ki, 2011-ci ilin yekunlarına nisbətən Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 23,8%, Azərbaycanın xarici ölkələrin neft-qaz sektoruna birbaşa investisiyaları isə 26,0% artıb, müsbət saldo 8,5% azalıb.
Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaları Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaq-energetika və neft-kimya sahələrində iştirakından formalaşır.