Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətən Azərbaycanın xarici ticarət dövriyyəsi 2,19% artıb.
Bu dövrdə ölkədən ixrac 10 365 804,22 min dollar, idxal 4 359 811,75 min dollar, müsbət saldo 6 005 992,47 min dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan ixrac 3,44% azalıb, idxal 18,64% artıb, müsbət saldo 14,93% azalıb.