Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9 890 903,95 min. ABŞ dolları təşkil edib.
“APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 14,5% azdır.
Bu ilin 4 ayı ərzində idxal əməliyyatları 2 734 752,96 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13,1% azdır.
Belə ki, bu ilin yanvar-aprel aylarında ölkənin ixrac əməliyyatları üzrə 7 156 150,99 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 15% azdır.
Nəticədə 4 421 398,03 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1% azdır.