Bank Of Baku

Azərbaycanın xarici ticarət əməliyyatlarında 1,3 mlrd. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət əməliyyatlarında 1,3 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 11 may 2017 08:34 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 mlrd. 595 mln. 699,93 min ABŞ dolları təşkil edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11,35% çoxdur.

 

Bu ilin dörd ayı ərzində idxal əməliyyatları 2 mlrd. 164 mln. 997,72 min dollar olub ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 16,53% azdır.


Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 3 mlrd. 430 mln. 702,21 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 41,11% çoxdur.

 

Nəticədə 1 mlrd. 265 mln. 704,49 min dollar məbləğində müsbət saldo yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR