Bank Of Baku

Azərbaycanın xarici ticarət əməliyyatlarında 846 mln. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət əməliyyatlarında 846 mln. dollarlıq müsbət saldo yaranıb
# 12 iyun 2017 07:50 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 mlrd. 266 mln. 952,17 min ABŞ dolları təşkil edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 13,18% çoxdur.


Bu ilin 5 ayı ərzində idxal əməliyyatları 2 mlrd. 816 mln. 867,54 min dollar olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,44% azdır.

 

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 4 mlrd. 450 mln. 84,63 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 44,05% çoxdur.


Nəticədə 846 mln. 396,9 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 13,18% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR