Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Vestmark Financial Leasing Investment Company» ASC-nin hər birinin nominal dəyəri 15 000 manat olan 80 ədəd adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.
Yerləşdirmə «Vestmark»ın hər birinin nominal dəyəri 50 manat olan 80 ədəd adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 300 dəfə artaraq 1 200 000 manata çatacaq.
Qeyd edək ki, «Vestmark Financial Leasing Investment Company» şirkəti bu ilin mart ayında yaradılıb və lizinq sahəsində fəaliyyət göstərir.