Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 272 mln. 798 min dollar təşkil edib. "APA-Economics" Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin 4 ayı ilə müqayisədə 89 mln. 712,1 min dollar və ya 49% çoxdur.
Gürcüstanın xarici ticarət dövriyyəsinin 8,8%-i Azərbaycanın payına düşür.
Ötən 4 ay ərzində Gürcüstandan Azərbaycana 45 mln. 548,6 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da illik ifadədə 19 mln. 973,6 min dollar və ya 78,1% çoxdur. Gürcüstanın ixracının 5,8%-i Azərbaycanın payına düşür.
Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 227 mln. 249,4 min dollar dəyərində məhsul idxal edib ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 69 mln. 738,5 min dollar və ya 44,28% çoxdur. Gürcüstanın idxalının 9,9%-i Azərbaycanın payına düşür.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 183 mln. 85,9 min dollar təşkil edib. Bu müddət ərzində ölkəmizin idxalı 157 mln. 510,9 min dollar, ixracı isə 25 mln. 575 min dollar təşkil edib.